BAKI, 15 dekabr. TELEQRAF
“Azərbaycan Respublikası Hökuməti ilə Moldova Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş” təsdiq edilib.
Teleqraf xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev qərar imzalayıb.
Qərara əsasən, 2025-ci il sentyabrın 19-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Moldova Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş” təsdiq edilib.