BAKI, 8 noyabr. TELEQRAF
“Atatürkün vəfatının ildönümündə Zəfəri qeyd etməkdən çəkinirik” deyərək 10 noyabr zəfərini 8 noyabra təxirə salan Azərbaycana salamlar olsun.
Teleqraf xəbər verir ki, bunu Türkiyənin Zəfər Partiyasının sədri Ümit Özdağ Zəfər Günü ilə bağlı sosial media hesabındakı paylaşımında qeyd edib.
"Qarabağı erməni işğalından azad edərək yenidən doğma torpaqlarına birləşdirən Azərbaycanın qəhrəman ordusunun qələbə ildönümü mübarək olsun", - o əlavə edib.