BAKI, 31 oktyabr. TELEQRAF

“İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilib.

Teleqraf xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, agentliyin nizamnamə fondunun məbləği 6 778 392 (altı milyon yeddi yüz yetmiş səkkiz min üç yüz doxsan iki) manatdan 26 783 392 (iyirmi altı milyon yeddi yüz səksən üç min üç yüz doxsan iki) manata qədər artırılıb.