BAKI, 28 oktyabr. TELEQRAF
“Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası”nda dəyişiklik edilib.
Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, QHT- lər illik maliyyə hesabatını həm də “e-mühasibat” informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edəcəklər.
Həmçinin, “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları"nda da dəyişiklik edilib.