BAKI, 23 oktyabr. TELEQRAF
Ehtiyatda olan hərbçilərin mənzil təminatı üçün büdcədən 35 milyon manat ayrılıb.
Teleqraf xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
2026-cı ilin dövlət büdcəsində 20 il və daha çox xidmət etmiş işləyən və ehtiyatda olan hərbi qulluqçuların mənzillə təmin olunması və digər zəruri xərclərin maliyyə təminatı üçün 35,0 milyon manat ayrılıb.
Eləcə də, büdcədən kirayəyə götürülmüş yaşayış sahəsinə görə yaşayış yeri olmayan hərbi qulluqçulara (ehtiyatda və istefada olan hərbi qulluqçular da nəzərə alınmaqla) ödənilən pul kompensasiyası üçün 15,5 milyon manat məbləğində vəsait nəzərdə tutulub.