BAKI, 21 oktyabr. TELEQRAF

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevin ikitərəfli münasibətlərin inkişafına töhfəsi barədə danışıb.

Teleqraf xəbər verir ki, Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclasında çıxış edən Qazaxıstan dövlətinin başçısı bildirib: “Hörmətli İlham Heydər oğlu, Qazaxıstan-Azərbaycan münasibətlərinin hazırkı yüksək səviyyəsinə, ilk növbədə, Sizin şəxsi töhfəniz sayəsində nail olunub. Bu məsələyə dəyişməz dəstəyinizi və diqqətinizi dərindən və yüksək qiymətləndirirəm”.

Kasım-Jomart Tokayev qeyd edib ki, müasir Azərbaycanın bütün nəzərəçarpan nailiyyətləri Prezident İlham Əliyevin qurucu, güclü liderliyi ilə ayrılmaz şəkildə bağlıdır.