AĞDAM, 18 sentyabr. TELEQRAF
Avropa İttifaqının (Aİ) genişlənmə məsələləri üzrə komissarı Marta Kos Ağdam rayonuna səfər edib.
Teleqraf-ın Qarabağ bürosunun məlumatına görə, səfər çərçivəsində komissar Sarıcalı kəndində mina təmizləmə işləri ilə tanış olub. Marta Kos ərazidə aparılan təhlükəsizlik tədbirləri barədə ətraflı məlumat alıb və mina partlayışı prosesini izləyib.
***
13:38
Aİ-nin genişlənmə məsələləri üzrə yeni komissarı Marta Kosun Ağdam şəhərinə səfəri başlayıb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Qonağı Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov qarşılayıb. Ona şəhər haqqında ümumi məlumat verib.
M.Kos səfər çərçivəsində rayon ərazisində mina təmizləmə fəaliyyəti ilə tanış olacağı planlaşdırılır.