BAKI, 17 sentyabr. TELEQRAF

Belarus prezidenti Aleksandr Lukaşenko ölkə prezidentliyinə namizədləri nəzərdən keçirdiyini etiraf edib .

Teleqraf xəbər verir ki, Lukaşenko ölkə rəhbəri postuna potensial namizədin şəxsi həyatını unutmalı olacağını vurğulayıb.

"Mən də cəmiyyətdə gələcək prezidentləri axtarıram və onları görmək istəyirəm", - o qeyd edib.

Lukaşenko bildirib ki, hazırda Belarus ətrafında “çox çətin vəziyyət” yaranıb və gələcək prezidentin “barıt iyi almış güclü adam” olması arzuolunandır.