BAKI, 9 avqust. TELEQRAF
Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi Azərbaycan və Ermənistanın sülh naminə atdığı addımları təqdir etdiyini bildirib.
Teleqraf xəbər verir ki, nazir bu barədə özünün “X” hesabında bəyanat verib.
“Bu prosesdə ABŞ Prezidentinin rolu həyatidir. Vaşinqtonda sülh yolunda atılan cəsarətli addımlara görə Ermənistan və Azərbaycanı təbrik və təqdir edirəm. Böyük Britaniya Cənubi Qafqazda sülhü dəstəkləməyə hazırdır, çünki hər iki tərəf öz öhdəliklərinə əməl edir".