BAKI, 26 iyul. TELEQRAF

BMT-nin Təhlükəsizlik Şurasında ABŞ və Çin arasında Ukrayna ilə bağlı qızğın mübahisə baş verib.

Teleqraf xəbər verir ki, Amerika nümayəndə heyəti Çin tərəfini Rusiya qoşunlarının Ukrayna ərazisində irəliləməsinə dəstəyini dayandırmağa çağırıb.

Çinin BMT-dəki daimi nümayəndəsinin müavini Qenq Şuanq isə ABŞ-ın iddialarını rədd edib.

O xatırladıb ki, Çin Rusiya-Ukrayna münaqişəsində birbaşa iştirak etmir və heç bir tərəfə silah tədarük etməyib.

Çin diplomatı həmçinin ABŞ-ı günahı başqalarının üzərinə atmaq və qarşıdurmaya təhrik etmək praktikasından əl çəkməyə çağırıb.