BAKI, 18 iyun. TELEQRAF

İqtisadi əməkdaşlığın daha da güclənməsi üçün bölgədəki müharibələri dayandırmalıyıq.

Teleqraf xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin deputatı Fatih Dönməz deyib.

O bildirib ki, Türkiyənin bu yöndə səyləri davam edir: "Bundan başqa, İsrail-İran arasında da müharibə başlayıb. Ümid edirəm ki, qısa zamanda münaqişələr sona çatar. Bu münaqişənin başa çatmasında parlamentlərarası münasibətlər də önəmlidir. Biz təkcə iqtisadi məsələləri deyil, hüquqi, sosial məsələri də müzakirə edirik.

Həmçinin əsas hədəflərimizdən biri də süni intellektdir. Bunun risklərinə qarşı mübarizəmizi birgə aparacağıq, həmçinin onun faydaları barədə də fikir mübadiləmiz olacaq".