BAKI, 13 iyun. TELEQRAF

"Ermənistan və Azərbaycan sülh sazişinin imzalanması üçün məsləhətləşmələr aparır".

Teleqraf xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

O xatırladıb ki, sülh mətni artıq razılaşdırılıb:

"Bilirsiniz ki, sülh sazişi üzrə Azərbaycanla danışıqları müsbət nəticələrlə başa çatdıra bildik. Layihə ikitərəfli qaydada razılaşdırılıb və indi sülh sazişinin imzalanması vaxtı çatıb. Hazırda bu nöqtəyə çatmaq və sülh sazişini imzalamaq üçün Azərbaycanla məsləhətləşmələr prosesindəyik".