BAKI, 25 may. TELEQRAF
"Danışıqlar zamanı mən keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ətraflı məlumat verdim".
Teleqraf xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov mayın 25-də Bakıda ukraynalı həmkarı Andrey Sibiqa ilə birgə keçirilən mətbuat konfrasında bildirib.
"Azərbaycanın əsas və prioritet məsələləri ilə bağlı müzakirələr aparıldı. Bu məsələlərə Ermənistanın Konstitusiyasında dəyişiklik edilməsi və ATƏT-in Minsk qrupunun fəaliyyətinə son verilməsi də daxildir”, - nazir qeyd edib.