BAKI, 21 may. TELEQRAF

Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına kömək etməyə hazırdır.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Məlumata görə, Ermənistan XİN rəhbəri Ararat Mirzoyan ilə danışıqlar zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkəsinin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına kömək etməyə hazır olduğunu təsdiqləyib.

İki ölkənin XİN rəhbəri “3+3” platformasının həyata keçirilməsi üçün səyləri artırmaq barədə razılığa gəliblər.

Qeyd edək ki, S.Lavrov İrəvanda işgüzar səfərdə olub.