BAKI, 10 may. TELEQRAF

"Azərbaycan beynəlxalq hüququn prinsiplərinə sadiq qalaraq, dövlətlərin ərazi bütövlüyü və suverenliyinin toxunulmazlığına hörmətlə yanaşır. Bu kontekstdə Pakistan və Hindistan arasında mövcud olan mübahisəli məsələlərin sülh və diplomatik danışıqlar çərçivəsində həll olunmasının vacibliyini vurğulayırıq".

Teleqraf xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdikdən sonra jurnalistlərə açıqlamasında deyib.

"Ümid edirik ki, Pakistan və Hindistan arasında münaqişə yaxın gələcəkdə dialoq və qarşılıqlı anlaşma yolu ilə, beynəlxalq hüququn aliliyi təmin olunmaqla ədalətli və davamlı şəkildə öz həllini tapacaq. Azərbaycan hər zaman bölgədə sülh və əməkdaşlığın bərqərar olmasına tərəfdardır və bu yöndə beynəlxalq ictimaiyyətin səylərinə dəstək verməyə hazırdır" - nazir əlavə edib.