BAKI, 10 may. TELEQRAF
"Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir".
Teleqraf xəbər verir ki, bunu jurnalistlərlə açıqlamasında Ceyhun Bayramov deyib.
O bildirib ki, hazırda Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir və araşdırma yekunlaşdıqdan sonra Azərbaycana məlumat veriləcək: "Bu məsələdə qarşı tərəflə daim təmasdayıq".
Xatırladaq ki, Bakıdan Qroznıya uçan AZAL-a məxsus “Embraer” təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində 38 nəfər ölüb, 29 nəfər yaralanıb. Hadisə ilə bağlı Azərbaycanda dekabrın 26-sı matəm günü elan edilib.