BAKI, 10 fevral. TELEQRAF

Ermənistanın Azərbaycana hücum etmək niyyəti yoxdur.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Baş nazir qeyd edib ki, 2022-ci il oktyabrın 6-da imzalanmış bəyanatla Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü tanıyıb:

“Buna görə, Ermənistan Respublikası Azərbaycan SSRİ ərazisi üzərində Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyini, Azərbaycan Respublikası isə Ermənistan SSRİ ərazisi üzərində Ermənistan Respublikasının ərazi bütövlüyü və suverenliyini tanıyır”.

Paşinyan Ermənistanın Azərbaycana ərazi iddiasının olmadığını iddia edib.