"Azərbaycan Rusiyaya elektrik enerjisi ixrac etməyə hazır olduğunu təsdiqləyib".

Teleqraf.com xəbər verir ki, bunu “İnter RAO”nun idarə heyətinin üzvü Aleksandra Panina “Rusiyada bərpa olunan enerji” konfransı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Azərbaycan fövqəlada hal zamanı Rusiyaya 250-300 MVt həcmində yardım göstərə bilər.

"Gürcüstan isə konkret cavab vermədi. Onlar vəziyyətdən asılı olaraq qərar verəcəklər", - deyə Panina əlavə edib.

Xatırladaq ki, bir neçə həftə əvvəl Rusiya Azərbaycan və Gürcüstana fövqəladə hallar zamanı elektrik enerjisinin verilməsinin mümkünlüyü barədə sorğu göndərmişdi.