Mayın 14-də keçiriləcək plenar iclasda Gürcüstan parlamenti xarici agentlər haqqında qanunu üçüncü və yekun oxunuşda qəbul edəcək.

Teleqraf.com TASS-a istinadən xəbər verir ki, bunu baş nazir İrakli Kobaxidze deyib.

“Sabah Gürcüstan parlamenti Gürcüstan əhalisinin əksəriyyətinin rasional iradəsinə uyğun hərəkət edəcək və üçüncü oxunuşda xarici agentlər haqqında qanunu qəbul edəcək ki, bu da qütbləşmənin aradan qaldırılmasında həlledici rol oynayacaq", - Gürcüstan hökumətinin başçısı bildirib.

Mayın 11-də Gürcüstanda xarici agentlər haqqında qanuna qarşı ən böyük etiraz aksiyası keçirilib. Bir neçə min insanın iştirak etdiyi aksiya Avropa Gününə təsadüf edib. Etirazçılar şiddətli yağış nəticəsində dağılıb.