Belqorodun atəşə tutulması terror aktıdır və bu, Bandera əclaflarının cinayətidir.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “VKontakte” səhifəsində yazıb.
“Aydındır ki, Belqoroda terror hücumu və vətəndaşlarımızın ölümü Bandera əclaflarının cəbhədə nəyisə dəyişdirmək gücündə olmayan qanlı cinayətidir”, - Medvedev yazıb.