Kanadanın "Lucara Diamond" korporasiyası Bostvanada (Cənubi Afrika) yerləşən "Karowe" mədənində dünyanın ən böyük almazı tapılıb.

Teleqraf.com buro247-yə istinadən xəbər verir ki, 1905-ci ildən bu yana kəşf edilmiş ən böyük almaz 1111 karatdır, qiyməti isə müəyyən edilməyib. "Lucara Diamond" şirkətinin açıqlamasına görə, almazın eni 6.5, hündürlüyü isə 5.6 sm-dir, keyfiyyətinə görə, dünyanın 6-cı almazıdır.

Xatırladaq ki, bir neçə gün öncə dünyanın ən bahalı mavi və çəhrayı almazları hərraca çıxarılmışdı. Bu almazlardan biri 48,4, digəri isə 28, 5 milyon dollara satılıb. Mavi almaz 12,03, çəhrayı isə 16,09 karat idi. Üzüklərin üzərini bəzəyən bu bahalı qaşları Honkonqdan olan milyarder 7 yaşlı qızına alıb.