NAXÇIVAN, 25 sentyabr. TELEQRAF
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Kəngərli rayonu, Böyükdüz kəndi ərazisində ot bağlamalarında yanğın baş verməsi barədə məlumat daxil olub.
Hadisə yerinə Kəngərli Rayon və Naxçıvan şəhər Yanğından Mühafizə hissələrinin qüvvələri cəlb edilib.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən genişlənməsinə imkan verilmədən söndürülüb.
Yanğın nəticəsində 2900 ədəd ot bağlaması yanıb. Ərazidə olan iki yardımçı tikili (tövlə) yanğından mühafizə olunub.
Yardımçı tikililərdə olan heyvanlar xilas edilib.