BAKI, 10 fevral. TELEQRAF

Milli Məclisin keçmiş deputatı, Ana Vətən Partiyasının sabiq sədri Fəzail Ağamalı Ramana qəbiristanlığında dəfn edilib.

Teleqraf xəbər verir ki, dəfn mərasimində mərhumun ailə üzvləri, ictimai-siyasi xadimlər iştirak ediblər.

***

11:22

Dünən Türkiyədə vəfat edən Milli Məclisin sabiq deputatı Fəzail Ağamalı ilə vida mərasimi keçirilir.

Teleqraf xəbər verir ki, Heydər Məscidində təşkil olunan mərasimdə mərhumun ailə üzvləri, yaxınları iştirak edirlər.

F. Ağamalının nəşi Ramana qəbiristanlığında dəfn olunacaq.