BAKI, 11 mart. TELEQRAF
Azərbaycanda builki Ramazan ayının ikinci Qədr (Əhya) gecəsi qeyd olunub.
Teleqraf xəbər verir ki, insanlar məscidlərə toplaşıb, namaz qılıb, dualar ediblər.
Qeyd edək ki, bu il Azərbaycanda Ramazan ayı fevralın 19-da başlayıb.
Martın 20-da isə fitr bayramı qeyd olunacaq.
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 20 və 21-i Azərbaycanda Ramazan bayramıdır.
Qədr gecəsindən fotoreportajı təqdim edirik: