GORANBOY, 24 mart. TELEQRAF
Goranboy rayonunda iki dost arasında dava onlardan birinin ölümü ilə nəticələnib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə rayonun Dəliməmmdəli şəhərində baş verib.
1985-ci il təvəllüdlü Elçin Ağayevlə 1994-cü il təvəllüdlü Əli Əliyev arasında dava düşüb. Ciddi xəsarət alan Əli Əliyev ağır vəziyyətdə Abbas Səhhət adına Gəncə şəhər Birləşmiş Xəstəxanasına çatdırılıb. Bir neçə gün koma vəziyyətində qalan Əli Əliyev xəstəxanada ölüb.
Hər iki şəxs qonşu və yaxın dost olublar.