LAÇIN, 23 oktyabr. TELEQRAF

Bu Azərbaycana dördüncü dəfə səfərimdir.

Teleqraf-ın Qarabağ bürosu xəbər verir ki, bunu ABŞ-dən olan səyyah Ceff Şi deyib.

O, ölkəmizdə gördüyü dəyişikliklərdən və insanların qonaqpərvərliyindən xoş təəssürat aldığını deyib:

"Mən bu ölkəni çox sevirəm. İnsanlar mehriban, yeməklər isə möhtəşəmdir. Azərbaycan doğrudan da çox gözəl ölkədir. Sonuncu səfərimdən bu yana burada çoxlu müasir tikililər inşa olunub, gözəl və irəliləyən ideyalar həyata keçirilib. Burada olmaqdan çox məmnunam".

Şi bildirib ki, mina sahəsində düyməni basmaq onun üçün yeni və həyəcanlı bir təcrübə olub:

"Düyməni basarkən bir az həyəcanlandım. Əslində bunun təhlükəsiz olduğunu bilirdim, amma bu, mənim üçün yeni bir təcrübə idi. Buna baxmayaraq, çox təsirli bir an idi və bu imkana görə minnətdaram".

O, minalarla bağlı fikirlərini də bölüşüb:

"Minalar heç bir yerdə istehsal edilməməli və istifadəsinə icazə verilməməlidir. Məncə, minalar həm Yer kürəsinə, həm də insanlığa qarşı təhqirdir".