BAKI, 30 avqust. TELEQRAF

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld Şuşaya səfərdədir.

Teleqraf xəbər verir ki, o, bu barədə öz sosial şəbəkə hesabında paylaşım edib.

Özünün Şuşa mənzərəsi fonunda şəkillərini paylaşan səfir Azərbaycan dilində yazıb: "Şuşaya ilk səfərim! Bugün şəhərin bir hissəsini şf etdim, sabah isə davamını görmək üçün səbirsizlənirəm. Çox gözəldir!"