AĞDƏRƏ, 8 avqust. TELEQRAF
Ağdərədə baş verən əraziyə 2 helikopter cəlb olunub.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, gecə saatlarından başlayan yanğının qarşısı alınıb.
Alov dağ massivindəki meşə hissəsində davam etdiyindən əraziyə Aviasiya dəstəsinin helikopteri, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğınsöndürmə əməliyyatları davam etdirilir.
***
22:05 / 08.08.2025
QARABAĞ, 7 avqust. TELEQRAF
Yanğın baş verən ərazilərə əlavə kömək cəlb edilib.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, yanğın baş verən əraziyə FHN-nin Ağdərə, Naftalan və Tərtər rayon yanğınsöndürən briqadasının texnikası və canlı qüvvəsi cəlb edilib.
Hazırda yanğın geniş ərazilərə yayılmaqda davam edir.
***
21.36
Ağdərədə meşə massivində başlayan yanğın geniş ərazilərə yayılır.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, yanğın rayonun Suqovuşan qəsəbəsi ərazisindəki meşə massivindən çıxıb.
Hazırda yanğın daha da genişlənmək üzrədir.
Təbii fəlakət zamanı ərazidə 2 mina partlayışı qeydə alınıb.
Hazırda yanğın baş verən ərazilərdə mina çox olduğundan, FHN-nin yanğınsöndürən əməkdaşları yanğın baş verən bölgəyə daxil olmağa çətinlik çəkirlər.