QARABAĞ, 23 iyul. TELEQRAF

Xəbər verildiyi kimi, Ağdam rayonunun Əliağalı, Yeni Qaralar və Ağdərə rayonunun Sırxavənd kəndləri istiqamətində açıq ərazidə yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub və dərhal əraziyə Nazirliyin qüvvələri cəlb olunub.

Teleqraf-a bu barədə FHN-dən məlumat verilib.

Yanğının daha geniş sahəyə yayılmasının qarşısını almaq və söndürülməsi işlərini sürətləndirmək məqsədilə əraziyə FHN-in Aviasiya dəstəsinin iki ədəd helikopteri, Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam edir.

Əlavə məlumat veriləcək.

*****

04:48

Ağdam və Ağdərə rayonları ərazisində baş verən yanğınının böyük bir çox hissəsi söndürülüb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, yanğının meşə hissəsinə keçməsinin qarşısını alınıb.

Hazırda yanğın rayonun Qalayçı kəndi ərazisində olan yüksəklik hissəsində davam edir.

FHN əməkdaşları yanğının söndürülməsi işi davam etdirir.

Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

***

22 iyul, 21:53

Fövqəladə Hallar Nazirli Ağdam rayonunun Əliağalı, Yeni Qaralar və Ağdərə rayonunun Sırxavənd kəndləri istiqamətində açıq ərazidə yanğın baş verməsi məlumat yayıb.

Teleqraf xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunduğu bildirilir.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

Əlavə məlumat veriləcək.

***

22.20

Ağdam və Ağdərədə güclü yanğın baş verib.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Ağdam rayon Əlağalı, Qaralar,Qazançı kəndlərində başlayan alov Ağdərə rayon Sırxavənd kəndi ərazilərinə qədər yayılıb.

Yanğın baş verən ərazilərdə mina partlayışı səsləri də eşidilib.

Məlumatda deyilir ki, ərazidə olan kol bitkiləri və quru ot örtüyü alovlanaraq daha da geniş ərazilərə yayılmaqdadır.

Hazırda FHN-nin Ağdam rayonundan 2 yanğınsöndürən maşın və işçi qüvvəsi, Xocalı və Ağdərə rayonundan hər birindən 1 maşın və işçi qüvvəsi cəlb olunub.

Ərazinin dağ relyefi olduğu üçün ümumilikdə 50 nəfər şəxsi heyyət xüsusi vasitələrlə yanğının meşə ərazisinə keçməsinin qarşısını almağa çalışır.

Hazırda yanğın davam edir.