Azərbaycanda akkreditə olunan diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura iki günlük səfəri başlayıb.
Teleqraf xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev X sosial şəbəkə hesabında səfərdən videomaterial paylaşıb.
Hikmət Hacıyev yazıb: "Diplomatik korpusla Laçına səfər. Laçın hava limanına endik və sabah Şuşa və Ağdam proqramı ilə davam edəcəyik. Ağdam-Bakı qatarı ilə Bakıya qayıdacağıq".
Teleqraf həmin videogörüntünü təqdim edir: