BAKI, 25 may. TELEQRAF
Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğanın xanımı Əminə Ərdoğan Dünya Etnospor Birliyinin təşkil etdiyi VII Etnospor Mədəniyyət Festivalında ''Qarabağ atları''nın şou-kompozisiyası ilə bağlı paylaşım edib.
Teleqraf xəbər verir ki, festivalı Əminə Ərdoğan Türkiyə Prezidenti R.T.Ərdoğanla birgə izləyib.
Türkiyənin birinci xanımı Qarabağ atlarının çıxışı ilə bağlı sosial media hesabından paylaşım edib. O yazıb: "VIIi Etnospor Mədəniyyət Festivalında könüllərə fəth edən Qarabağ Atlarının bənzərsiz şousu… Bir millətin mədəniyyəti digərinin ürəyində əks-səda doğurdu. İki dövlət, bir millət; mədəniyyətdə, ürəkdə və gələcəkdə daim bir bütün".
Türkiyə və Azərbaycan bayraqlarına paylaşımında yer veren Əminə Ərdoğan Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı da paylaşıma etiketləyib.
Eyni zamanda Ə.Ərdoğan Qarabağ atlarının çıxışı ilə bağlı video da paylaşıb.