BAKI, 21 may. TELEQRAF
İşğaldan azad olunmuş Zəngilan rayonunun Ağalı kəndi Böyük Qayıdış prosesinin ilk ünvanı kimi yeni həyatı yaşayır. Kənddə gündüzlər qələbəlik və çal-çağır, gecələr isə hüzur və rahatlıq hökm sürür.
Ağalı sakinləri üçün burada hər gün bir bayrama çevrilir. Ailələr öz sevinc və ümid dünyasını bu torpaqlarda qurur, hər evdə bu yerlərin gələcək sahibləri – uşaqlar böyüyür. Qısa zaman ərzində kənd tamamilə yenidən qurulub və müasir infrastrukturla təmin olunub.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Ağalı kəndində həyata keçirilən bərpa və məskunlaşdırma işləri barədə hazırlanmış videoçarx ictimaiyyətə təqdim olunub.
Videoçarxı təqdim edirik: