Türkiyənin Şuşada konsulluq xidməti açılmadan Rusiyanın Qarabağda konsulluğunun açılması doğru deyil.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
“Rusiya Xankəndidə niyə konsulluq xidməti açmaq istəyir? Axı Xankəndidə Rusiya vətəndaşı yoxdur, hərbçiləri də bölgəni tərk edib. Türkiyənin Şuşada konsulluq xidməti açılmadan Rusiyanın Qarabağda konsulluğunun açılması doğru deyil. Görünür, Kreml konsulluq xidməti vasitəsilə yenidən Qarabağa qayıtmaq və itirdiyi mövqeləri bərpa etmək istəyir. Bu isə Azərbaycanın maraqlarına cavab vermir”, - ekspert bildirib.