“Rusiya sülhməramlılarının Qarabağdakı missiyası tələb olunandan çox qala bilər, münaqişə vəziyyətinə hələ də son qoyulmayıb”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

“Hesab edirəm ki, münaqişə vəziyyətində son nöqtə hələ əldə olunmayıb. Hazırda yerdəki vəziyyət kifayət qədər sabitdir. Qarabağın bir çox sakinləri (ermənilər) bu yerləri tərk etmək üçün çətin qərar veriblər. Ancaq eyni zamanda, Rusiya sülhməramlı kontingentinin missiyasının tələb olunandan daha çox qalmasından çıxış edirəm”, - Rusiya rəsmisi bildirib.