Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti sülhməramlı kontingentin Qarabağdan çıxarılmasının vaxtını müzakirə etmək üçün bu gün İrəvana səfər edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə TASS-a diplomatik mənbə məlumat verib.

“Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti bu gün İrəvana səfər edəcək. Ermənistan tərəfi ilə görüşdə Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasının konkret tarixləri müzakirə olunacaq”, - mənbə Rusiya agentliyinə deyib.

Rusiya nümayəndə heyətinin bu məqsədlə niyə Ermənistanın paytaxtına getməsi sual doğurur. Rusiyanın bu məsələni müzakirə edə biləcəyi bir tərəf var - Azərbaycan.