Biz hesab edirik ki, işğaldan azad edilmiş ərazilərimizdə təxminən 1,5 milyon ədəd mina basdırılıb.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədr müavini Samir Poladov deyib.

O bildirib ki, bu, dəqiq və son məlumat deyil: "Biz Laçında improvizə edilmiş bir sıra minalar aşkarlamışıq. Onlar evlərin astanasında, həyətlərdə yerləşdirilmişdi. Ümumiyyətlə mina partlayışlarının 70 faizi əvvəlki təmas xəttindən çox uzaqda baş verib. Belə ki, cəmi 52 hadisə keçmiş təmas xəttində, 137 partlama hadisəsi isə digər ərazilərdə meydana gəlib".