BAKI, 21 may. TELEQRAF

Ötən il Azərbaycanda 639 özünü öldürmə hadisəsi qeydə alınıb, onlardan 498-i kişi, 141-i qadındır.

Teleqraf xəbər verir ki, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə məlumatında əksini tapıb.

Sənəddə bildirilib ki, həmin şəxslərdən 42 nəfəri yetkinlik yaşına çatmayanlardır. Özünü öldürmə hadisələri ilə bağlı rayon-şəhər prokurorluqlarında araşdırmalar aparılıb.

Qeyd edək ki, illik məlumat Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirə olunub.