BAKI, 12 mart. TELEQRAF

"Hazırda nikah pozulmalarına müraciət edənlər üçün pilot layihə həyata keçirilir".

Teleqraf xəbər verir ki, bunu ədliyyə nazirinin müavini Abiddin Hüseynov Milli Məclisdə Ailə, qadın və uşaq məsələləri komitəsinin təşkilatçılığı ilə keçirilən ictimai dinləmədə deyib.

"Nikah pozulmalarına dair müraciət edənləri psixoloqlara yönləndiririk. Nəticə odur ki, həmin şəxslərin 20 faizi boşanmadan imtina edir. Təbii ki, bu məsələnin qanunvericilikdə əksini tapmaq üçün təkliflər hazırlayırıq. Bundan başqa, erkən nikahlara qarşı da mübarizələrimiz davam edir", - deyə nazir müavini söyləyib.