BAKI, 7 mart. TELEQRAF
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva illik məruzə ilə Milli Məclis qarşısında çıxış edib.
Teleqraf xəbər verir ki, Səbinə Əliyeva məruzə əsnasında bir neçə təkliflə çıxış edib və ötən ilin yekunlarına dair məsələləri deputatların diqqətinə çatdırıb.
Məsələ yekunda səsə qoyularaq qəbul edilib.
***
11:06
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva illik məruzə ilə Milli Məclis qarşısında çıxış edir.
Teleqraf xəbər verir ki, məruzədə 2024-cü il üzrə Ombudsmanın Konstitusiyada və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş, dövlət orqanları, bələdiyyələr və digər qurumlar, vəzifəli şəxslər tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi, insan hüquqları pozuntularının qarşısının alınması sahəsində fəaliyyəti, hüquqi maarifləndirmə və elmi-analitik işin nəticələri, ictimaiyyətlə və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığı, beynəlxalq əlaqələri, həmçinin insan və vətəndaş hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsinə yönəlmiş təklif və tövsiyələri öz əksini tapıb.
Xatırladaq ki, il bitdikdən sonra iki aydan gec olmayaraq Ombudsman illik məruzəni Prezidentə təqdim edir və həmin məruzə ilə Milli Məclis qarşısında çıxış edir. İllik məruzə, eyni zamanda, Nazirlər Kabinetinə, Konstitusiya Məhkəməsinə, Ali Məhkəməyə və Baş prokurora göndərilir.