
BAKI, 27 fevral. TELEQRAF
Gizli reklam anlayışına yeni əlavələr olunur.
Teleqraf xəbər verir ki, bu, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Üzümçülük və şərabçılıq haqqında”, “Dərman vasitələri haqqında” və “Reklam haqqında” qanunlara təklif olunan dəyişiklik layihəsində öz əksini tapıb.
Belə ki, təklif olunan dəyişikliyə əsasən, reklam istehlakçısının şüuruna təsir göstərməklə, diqqətini reklam obyektinə cəlb etmək üçün reklam daşıyıcılarında reklam qismində təqdim edilmədən, “reklam”, “reklam hüququ əsasında”, “sponsorluq” və ya “tərəfdaşlıq” qeydi olmadan verilən məlumat gizli reklamdır. Gizli reklama yol verilmir
Mövcud qanunvericiliyə əsasən, “reklam” yaxud “reklam hüququ əsasında” qeydi olmadan verilən məlumat gizli reklam hesab olunurdu.
Sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunub.