BAKI, 6 mart. TELEQRAF

Azərbaycanın müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ilə Belarus və Slovakiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri arasında telefon danışıqları olub.

Müdafiə Nazirliyindən Teleqraf-a verilən məlumata görə, danışıqlar xarici həmkarların təşəbbüsü ilə baş tutub.

Belarus Silahlı Qüvvələrinin Baş Qərargah rəisi – müdafiə nazirinin birinci müavini general-mayor Pavel Muraveyko və Slovakiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Daniel Zmeko ilə danışıqlar zamanı regiondakı vəziyyət, təhlükəsizlik məsələləri, habelə ölkələrimiz arasında hərbi əməkdaşlığa dair ətraflı fikir mübadiləsi aparılıb.

Azərbaycannın Naxçıvan ərazisindəki mülki infrastrukturuna İran silahlı qüvvələrinin pilotsuz uçuş aparatları ilə etdiyi hücumlara toxunan baş qərargah rəisləri bunun beynəlxalq hüquq normalarına zidd olduğunu xüsusi qeyd ediblər.

General-polkovnik Kərim Vəliyev tutduqları mövqeyə və göstərdikləri dəstəyə görə həmkarlarına minnətdarlığını ifadə edib.