BAKI, 27 avqust. TELEQRAF

Bakıda Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Pakistan İslam Respublikası Müdafiə Qüvvələri Qərargahı arasında "Azərbaycan-Pakistan 12-ci İşçi Qrupu Səviyyəli Görüşü" keçirilib.

Teleqraf xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən görüşdə hər iki ölkənin müdafiə qurumları arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşün protokolu imzalandıqdan sonra qarşılıqlı hədiyyələr təqdim olunub.
Tədbirin sonunda nümayəndə heyətlərinin iştirakı ilə xatirə fotosu çəkdirilib.