YEVLAX, 22 aprel. TELEQRAF

Yevlax rayonunun Hacıselli kəndi yaxınlığından keçən magistralda yol qəzası olub.

Teleqraf-ın yerli bürosunun xəbərinə görə, "VAZ 2107" və "Hundai" markalı minik avtomobilləri toqquşub.

Nəticədə Ağdaş rayon sakinləri - 1964-cü il təvəllüdlü Təzəgül Ağayeva və 2006-cı il təvəllüdlü gəlini Nərgiz Bəkirova yüngül xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib və zəruri tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.