BAKI, 17 sentyabr. TELEQRAF

Bakıda külli miqdarda dələduzluqda ittiham olunan Əlizamin Mayılovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Anar Sadıqovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham nitqi ilə çıxış edib.

O, təqsirləndirilən şəxsin 7 il 6 ay müddətinə azadlıqdan mərhum edilməsini istəyib.

Dövlət ittihamçısı təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək barədə qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz olunmasını, onun məhkəmə zalından həbs edilməsini təklif edib.

Növbəti proses sentyabrın 24-də davam edəcək.

Qeyd edək ki, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2- (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham irəli sürülüb.

Cinayət işi üzrə iki nəfərə qarşı dələduzluq edilib. O, Lisa Quliyevanın etibarından istifadə edərək onun əvvəlcə 90 min, daha sonra isə 43 min manat pulunu ələ keçirib.

Ümumilikdə ziyan 133 min manatdır.