BAKI, 12 noyabr. TELEQRAF
Xalq artisti Mənsum İbrahimov bu gün Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında baş tutacaq konsertini təxirə salıb.
Bu barədə Teleqraf-a Xalq artisti Mənsum İbrahimovun özü məlumat verib.
"Ağdamda və Füzulidə silsilə tədbirlər keçirmişik. Bu gün isə Gəncə Dövlət Filarmoniyasında konsertimiz olmalı idi. Qardaş Türkiyənin təyyarəsinin qəzaya uğraması və 20 nəfərin şəhid olmasına çox kədərləndim. Şəhidlərimizin ruhuna ehtiram olaraq tədbiri təxirə saldım. Konsertin vaxtını yaxın günlərdə açıqlayacam", - deyə M. İbrahimov əlavə edib.