BAKI, 8 oktyabr. TELEQRAF

Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradovun səhhətində dəyişiklik yoxdur.

Bu haqda Teleqraf-a Mərkəzi Klinik Xəstəxanadan məlumat verilib.

"Xəstənin vəziyyəti ağır olaraq qalır. Reanimasiya və intensiv terapiya şöbəsində müalicəsi davam edir", - məlumatda qeyd edilib.

Qeyd edək ki, Yadigar Muradov qalxanabənzər vəzi xərçəngindən əziyyət çəkir.