BAKI, 26 sentyabr. TELEQRAF

Türkiyə-Azərbaycan Türk Film Günləri çərçivəsində Bakıda səfərdə olan türkiyəli aktyor Berk Oktay "Kızılcık Şerbeti" serialındakı Azərbaycan səhnəsinin ölkəmizdə tənqid edilməsinə reaksiya göstərib.

Teleqraf-ın xəbərinə görə, aktyor bu sözləri deyib:

"Bu serialda çəkilən aktyorlar dostlarımdır. Sosial şəbəkələrdə bu səhnəyə olan mənfi reaksiyanı görəndə məsələni onlara bildirdim. Bir neçə səhnəyə mən özüm də baxdım. Dostlarımız bu səhnəni pis niyyətlə çəkmədiklərini söylədilər. Sadəcə yazılmış ssenarini canlandırıblar. Mənə dedilər ki, bu səhnədən sonra daha diqqətli olmağa çalışacaqlar. Həmin səhnədə məqsəd azərbaycanlıları alçaltmaq deyildi".