BAKI, 9 sentyabr. TELEQRAF
Əməkdar mədəniyyət işçisi, İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyev vəzifəsindən azad olunub.
Bu haqda Teleqraf-a Mədəniyyət Nazirliyinim Media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova məlumat verib.
Belə ki, 65 yaşlı İftixar Piriyevin ötən gün müqaviləsinə xitam verilib.
Qeyd edək ki, İftixar Piriyev 2000-ci ildən İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru vəzifəsini icra edib.