BAKI, 20 may. TELEQRAF

"Həyat yoldaşımın xəstəxanadan evə buraxılması təxirə düşdü. Yenidən analiz verməli oldu. Analizin nəticəsindən asılı olaraq xəstəxanadan evə nə vaxt buraxılacağı bilinəcək".

Bunu Teleqraf-a açıqlamasında 73 yaşlı Əməkdar artist Vahid Əliyevin həyat yoldaşı Tamilla Əliyeva deyib.

"Şükür, ürəyində vəziyyət yaxşıdır. Ağ ciyərində də müalicə davam edir", - deyə T.Əliyeva bildirib.

Qeyd edək ki, Vahid Əliyev 2022-ci ilin dekabr ayında infarkt keçirib. 2023-cü ilin yanvar ayında isə açıq ürək əməliyyatı olunub.