BAKI, 16 may. TELEQRAF

"Mehriban Ələkbərzadə hələ də məndən üzr istəməyib".

Bunu Teleqraf-a Əməkdar artist Məsməxanım Ağaverdiyeva Akademik Milli Dram Teatrının bədii rəhbəri, rejissor Mehriban Ələkbərzadə haqqında danışarkən deyib.

"Ötən gün Mehriban Xanlarova sosial media hesabında Mehriban Ələkbərzadə haqqında paylaşım edərək ona 24 saat vaxt verdiyini yazdı, sizdən üzr istəməsə hər şeyi açıqlayacağını vurğuladı. Mehriban Ələkbərzadədən üzr gözləyirsinizmi" sualına cavabda Məsməxanım Ağaverdiyeva bu haqda danışmaq istəmədiyini deyib.

Qeyd edək ki, bir müddət əvvəl Məsməxanım Ağaverdiyeva Mehriban Ələkbərzadənin 20 Yanvar şəhidlərinə hörmətsiz yanaşdığını iddia etmiş və bununla bağlı ictimaiyyətə məktub ünvanlamışdı.

Məktubda Mehriban Ələkbərzadənin “Qurtardı 20 Yanvar söhbəti”, “20 Yanvar şəhidləri dəbdə deyil” kimi ifadələr işlətdiyi iddia olunurdu.

Mehriban Xanlarova isə Mehriban Ələkbərzadənin 20 Yanvar şəhidinin qızı olan Məsməxanım Ağaverdiyevadan üzr istəməli olduğunu bildirir.